Mirşahinin yeni TV-sinin fəaliyyəti başlayır?! - ANS köçür...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün iclası keçirilib.
AMEA prezidenti, akademik Akif Əlizadə fizioloqların və zooloqların vəziyyətinin gərgin olduğunu bildirib: “ANS telekanalı uzun müddət idi ki, Zoologiya İnstitutunda məskunlaşmışdı. Onlar tədricən İnstitutun binasını boşaltmağa başlayıblar”. Bu barədə APA məlumat verib.
Yada salaq ki, “ANS Müstəqil Yayım və Media Şirkəti” müqavilə əsasında Zoologiya İnstitutunun binasını icarəyə götürüb. İcarə müqaviləsinin müddəti başa çatıb və yeni müqavilə bağlanmayıb.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS ÇM radiosunun lisenziyası ləğv edilib.
Minval.info xatırladır ki, şirkətin vitze-prezidenti Mirşahin Ağayevin yeni telekanal açacağı barədə məlumatlar dolaşır. Lakin hələlik yeni TV-nin internet üzərindən yayımlanacağı iddia edilir. İndi isə çəkişmələrdən xeyli müddət sonra şirkətin köçməsi yeni telekanal barədə ortaya atılan iddiaların həqiqət olduğundan xəbər verir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək