MİQ imtahanlarında səhv suallar: Namizədlərə sevindirici xəbər!
Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanların nəticələri elan edilib. Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən verilən məlumata görə, imtahanlar başa çatdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan müraciətlər ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib.
Minval.info xəbər verir ki, bəzi suallarda uyğunsuzluqlar aşkar edilib. Belə ki, biologiya, coğrafiya, rus dili və ədəbiyyatı, kimya və musiqi fənləri üzrə bəzi test tapşırıqlarında səhvlər müəyyən olunub və bu səhvlər namizədlərin xeyrinə düzəldilib.
Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib və onlar miq.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər. 14-18 iyul tarixlərində keçirilən test imtahanlarında 33 mindən çox namizəd iştirak edib və iştirakçıların davamiyyəti 96 faiz təşkil edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb