MİQ imtahanlarında gözlənilməz dəyişiklik: Suallardakı səhvlər balları yenidən yazdırdı
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin nəticələri artıq məlumdur. Azərbaycan Respublikasının Təhsil İnstitutu bu barədə rəsmi məlumat yayıb.
Minval.info xəbər verir ki, imtahan nəticələri namizədlərin şəxsi kabinetlərinə göndərilib. 14-18 iyul tarixlərində keçirilən test imtahanları 35 mərkəzdə təşkil olunub və burada 33 mindən çox namizəd iştirak edib. İştirakçıların 96%-i imtahanlarda iştirak edib.
İmtahanlar başa çatdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan müraciətlər ekspertlər tərəfindən yenidən qiymətləndirilib. Biologiya, coğrafiya, rus dili və ədəbiyyatı, kimya və musiqi fənləri üzrə bəzi suallarda səhvlər aşkar edilərək düzəlişlər edilib. Bu düzəlişlər nəticəsində namizədlərin balları müvafiq olaraq yenidən hesablanıb.
Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib və onlar miq.edu.az saytında öz nəticələrini yoxlaya bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib