Minimum əməkhaqqı 660 manata yüksəlir?
2026-cı ildə Azərbaycanda minimum əməkhaqqının artırılması planlaşdırılmasa da, ilin sonuna qədər əməkhaqqı bazasında dəyişikliklərin baş verəcəyi gözlənilir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, pensiyalarda müvafiq indeksləşdirmə aparılsa da, minimum əməkhaqqının artırılması məsələsi hələ də gündəmdədir.
Minval.info xəbər verir ki, Vüqar Oruc əməkhaqqı bazasında artımın təxminən 10 faizə qədər ola biləcəyini qeyd edib. 2027-ci ildə minimum əməkhaqqının dəyişdirilməsi isə 2026-cı ilin yekun orta aylıq əməkhaqqı göstəricisindən asılı olacaq. Hazırda növbəti il üzrə konkret artım faizi barədə dəqiq proqnoz vermək mümkün deyil. Ənənəvi indeksləşmə göstəricisinin də 10 faizdən aşağı olması ehtimal edilir. Bununla belə, inflyasiya, manatın alıcılıq qabiliyyəti və ölkədə gedən iqtisadi proseslər minimum əməkhaqqının daha ciddi şəkildə artırılmasını zəruri edə bilər.
Hazırda qüvvədə olan 400 manatlıq minimum əməkhaqqı ölkədəki real iqtisadi vəziyyəti tam əks etdirmir. 2026-cı ilin ilk dövründə orta aylıq əməkhaqqının 1100 manatdan yüksək olduğu nəzərə alınarsa, minimum əməkhaqqının bu məbləğin təxminən 60 faizi səviyyəsində, yəni 660 manat civarında olması daha məqsədəuyğundur. Minimum əməkhaqqı baza göstəricisi kimi çıxış etməlidir. Bu halda əməkhaqlarının real inflyasiya və ölkənin iqtisadi vəziyyətinə uyğunlaşdırılması üçün daha geniş imkan yaranar.
AQC sədri əlavə edib ki, 400 manatlıq minimum əməkhaqqı mövcud istehlak xərcləri, ərzaq və qeyri-ərzaq məhsullarının, yanacağın, kirayə haqlarının və digər xidmətlərin qiymətləri fonunda kifayət qədər adekvat göstərici deyil. Həm 2026-cı ilin sonuna qədər, həm də 2027-ci ildə minimum əməkhaqqının mərhələli şəkildə artırılması və təklif olunan 660 manatlıq səviyyəyə yaxınlaşdırılması mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağı ilə işıqlandı
Bakıda 46 küçə yeniləndi: Təmir davam edir!
Yasamalda qurumuş ağac təhlükə saçır
Azərbaycan və Çin Xəzərdə enerji əməkdaşlığını gücləndirir
Bağçada psixotrop maddə: Komitə araşdırma tələb edir
Bakı yollarında yenidən sıxlıq: Hansı küçələrdə?
Kəndlər boşalır: Bakıya köçün səbəbləri nədir?