Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Minval.info-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüqar Cəfərov özünə məxsus “Ford” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb və Polis Şöbəsinə gətirilib.
Nəqliyyat vasitəsinə,həmçinin onun üzərinə baxış keçirilən zaman şprislər və külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi
Bakı və Sumqayıtda yaşıllıqlara ciddi ziyan vuruldu
Ziya Bünyadovda avtobus zolağının vaxtı uzadıldı!
Bakıda ata və qızı kürəkəni qətlə yetirdi
Türkiyədə narkotik əməliyyatı: Məşhurlar saxlanıldı