Mingəçevir su anbarına balıq körpələri buraxılıb (FOTO)

“Zəngin hövzələr” layihəsi çərçivəsində Mingəçevir su anbarına balıq körpələri buraxılıb.
Minval.info xəbər verir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş “Zəngin hövzələr” layihəsi çərçivəsində oktyabrın 22-də çəkikimi balıq körpələrinin suya buraxılması mərasimi keçirilib.
Mingəçevir şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, IDEA İctimai Birliyi və ETSN könüllülərinin, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı akvakultura şəraitində yetişdirilmiş 100 min çəkikimi balıq körpəsi Mingəçevir su anbarına buraxılıb. Yaxın günlərdə daha 100 min balıq körpəsinin su anbarına buraxılması planlaşdırılır.
Qeyd edək ki, “Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ötən ilin may ayında start verilmiş layihə çərçivəsində indiyədək ümumilikdə 3 milyona yaxın müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb.
Daha sonra, ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və DİN-in Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Təmiz hövzələr” aksiyası çərçivəsində Mingəçevir su anbarı sintetik torlardan, plastik tullantılardan təmizlənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Bolqarıstan daha çox Azərbaycan qazı almaq istəyir
İşğaldan azad olunan ərazilərdə hansı sənaye məhəllələri yaradıla bilər?
“Google”un servisləri köhnə əməliyyat sistemli cihazlarda bağlanacaq
"Fiziki şəxslərin gəlir vergisi ləğv olunur" - Nazir müavini
Qaz ucuzlaşdı, neft bahalaşdı
Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşıb





