Mingəçevir Sənaye Parkının yarımstansiyasında qısaqapanma baş verib

Güclü külək Mingəçevir şəhərinin təsərrüfatında problemlər yaradıb.
Minval.info “Report”-a istinadən xəbər verir ki, günorta saatlarında güclənən külək ayrı-ayrı küçələrdə iri və kiçik gövdəli ağacları aşırıb.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Ağacların bəziləri yollara aşaraq nəqliyyatın hərəkətinə problemlər yaradıb. Xüsusən Aydın Məmmədov küçəsində aşan iri gövdəli ağac yolu kəsib.
Külək bəzi yerlərdə hətta elektrik naqillərini də qoparaq sakinləri işıqsız qoyub.
Eyni vaxtda Mingəçevir Sənaye Parkının enerji təsərrüfatında da problemlər ortaya çıxıb. Müəssisə yarımstansiyasında yaranan qısaqapanma tüstülənməyə səbəb olub. Dərhal hadisə yerinə iki yanğınsöndürmə briqadası göndərilib.
Hazırda təbii hadisənin fəsadlarının aradan qaldırılması və elektrik enerjisiz qalmış yaşayış massivlərinin enerji ilə təminatının bərpa olunması üçün aidiyyatı qurumlar fəaliyyətini davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək