Millimizin üzvü “patı”dan öldü

Azərbaycan millisinin üzvü olan ağırlıqqaldıran Allahyar Abışov vəfat edib.
“Minval.info” Sportfm.az-a istinadən xəbər verir ki, 26 yaşında qəflətən dünyasını dəyişən idmançının bacısı Rəna Abışova ölkə çempionunun müəmmalı vəfatı ilə bağlı detalları açıqlayıb:
“Qardaşım gözəl idmançı idi, milli komandanın şərəfini qoruyurdu, nə oldusa pandemiya dövründə oldu. Bu müddət ərzində idmandan uzaq düşdü. Namaz qılan Allahyar son 4-5 ayda pis uşaqlara qoşulmuşdu, heç özümüz də bilmirdik nələr baş verir. Ona uğurlarına görə mənzil də verilmişdi. Bir müddət öncə eşitdik ki, həmin uşaqlarla “patı”ya qurşanıb, amma artıq gec idi. Qardaşım bu maddəni yüksək dozada qəbul etdiyi üçün ölüb, elə deyirlər. Xahiş edirəm, hər kəs bunu paylaşsın, başqa gənclər ölməsin, bizi bu bəladan qurtarın”.
Qeyd edək ki, 62 kiloqrama qədər ştanqçılar arasında Avropa çempionatının bürünc mükafatçısı olan yığmamızın üzvünün ölümünün səbəbinin aşkara çıxarılması üçün tibbi ekspertiza təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycana xaricdən ölü donorun gətirilməsi mümkün olacaq
Martın 15-dən etibarən AZAL üç ölkəyə uçuşları müvəqqəti dayandırır
Qarabağ Kukesi-nin müqavimətini qıra bilmədi
Sabah Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
Britaniyanın məşhur qəzeti Bakıdan və Tofiq Bəhramovdan yazır
Nailə İslamzadə koronavirusa yoluxdu
Dünən yanan ikimərtəbəli ev keçmiş deputatın imiş...