Millimizin sabiq futbolçusu “Lotu Quli” ilə şəklini paylaşdı – FOTO

Azərbaycanın U-17 millisinin sabiq futbolçusu Haqverdi Yusifovun “Facebook”da paylaşdığı fotosu böyük marağa səbəb olub.
Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, “Bakı” və onun farm klubu (digər klub üçün futbolçu yetişdirməklə məşğul olan komanda) olmuş “Lokomotiv”in sabiq üzvü Yusifov “Lotu Quli” ilə birlikdə çəkilmiş şəklini paylaşıb.
Haqverdi Yusifov kriminal aləmin üzvü olan “Lotu Quli” ləqəbli Nadir Səlifovla şəklini profilə qoyub.
Qeyd edək ki, Gürcüstan azərbaycanlısı olan “Lotu Quli” 22 il həbsdə olub və ötən ilin sonlarında azadlığa buraxılıb. Onun daha sonra Azərbaycanı tərk etdiyi bildirilir.
Haqverdi Yusifovun da məhz azadlığa çıxması üzündən onun şəklini paylaşdığı ehtimal edilir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib