09.06.2019 - 15:10
İdman 1 baxış

Millimizin alışılan məğlubiyyəti belə davam etdi - FOTOLAR

Avro-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilir.

Minval.info xəbər verir ki, yığmamız evdə Macarıstanı sınağa çəkib. Birinci turda Xorvatiyaya uduzan komandamız bu dəfə də məğlub olub – 1:3.

Qeyd edək ki, bu gün E qrupunda millimizin matçı ilə yanaşı, Xorvatiya – Ules oyunu da keçirilib və meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

Əlavə edək ki, yığmamız növbəti oyunun iyunun 11-i evdə Slovakiyaya qarşı keçirəcək.

E qrupu

20:00. Azərbaycan – Macarıstan- 1:3
Qollar: 
Orban, 18 (0:1), 53 (0:2), Mahir Əmrəli, 68 (1:2), Holman, 71 (1:3)
Baş hakim: Kevin Blom (Hollandiya)
Bakı, “Bakcell Arena”

17:00. Xorvatiya – Uels – 2:1
Qollar: 
Lourens, 17-avtoqol (1:0), Perişiç, 48 (2:0), Brooks, 77 (2:1)

1. Macarıstan 3 2 0 1 5:4 6
2. Xorvatiya 3 2 0 1 5:4 6
3. Uels 2 1 0 1 2:2 3
4. Slovakiya 2 1 0 1 2:1 3
5. Azərbaycan 2 0 0 2 2:5 0

Müəllif: Paşa Sadıqlı
Fotolar: Mircəlal Yaqubov

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: