Milli Qəhrəmanın adı orta məktəbə verildi
Baş Nazir Novruz Məmmədov milli qəhrəmanın adının orta məktəbə verilməsi haqda qərar imzalayıb.
Minval.info xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun adının verilib.
Təhsil Nazirliyi və Samux Rayon İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bildirək ki, E. İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub.

2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, döyüşün ağır yerində sərhəd pozucularından biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atıb, E. İsgəndərov dərhal özünü qumbaranın üzərinə atıb, həlak olub, amma öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas edib.
2009-cu il iyunun 29-da Milli Qəhrəman adı alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
Müşahidə Şurasının yeni tərkibi ilə bağlı - Sərəncam
Prezident birinci yeri tutanlara 10 min ayırdı - Sərəncam
Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
DİN: Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Bakıya giriş-çıxış dayandırılır
Lənkəran Yaşıllaşdırma Müəssisəsinin rəisi həbs edilib