Milli Qəhrəman İlqar Mirzəyevin anası Azərbaycan vətəndaşlığına qəbul edildi
Azərbaycan vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılıb və Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə onların hər biri Azərbaycan vətəndaşlığına qəbul edilib.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, bu şəxslər 2020-ci il 14 iyul Tovuz döyüşlərində şəhid olmuş və Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası – Mirzəyeva Gülnar Abdulla qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası – Əliyeva Miroslava Petru qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevnadır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu