Milli Məclisin vitse-spikeri: “Azərbaycanda siyasi fəaliyyətinə görə heç kim təqib olunmur”
Azərbaycanda siyasi fəaliyyətinə görə heç kim təqib olunmur.
Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova bəzi hüquq müdafiəçilərinin Azərbaycanda 150-ə yaxın siyasi məhbusun olması barədə səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, siyasi məhbusların sayı ilə bağlı hüquq müdafiəçiləri ziddiyyətli rəqəmlər səsləndirirlər: “Mən özünü hüquq müdafiəçisi adlandıran ayrı-ayrı fərdlərin irəli sürdüyü rəqəmlərə izah vermək niyyətində deyiləm. Birmənalı olaraq deyə bilərəm ki, Azərbaycanda siyasi fəaliyyətinə görə təqib olunan şəxs yoxdur. Siyasi məhbus adlandırılan şəxslər bu və ya digər partiyaya mənsubluğunu qabardaraq bu adın onların üzərinə qoyulmasına çalışırlar. Onların Cinayət Məcəlləsi və yaxud da İnzibati Məcəllənin bu və ya digər müddəasını pozması faktları var. Ona görə də bir mənalı şəkildə Azərbaycanda şəxslərin siyasi baxışlarına görə təqib olunmaması qənaətindəyəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?