Milli Məclisin sədrindən gələn ilin büdcəsi ilə bağlı açıqlama
“Başa çatmaqda olan 2020-ci il Azərbaycan tarixinin mühüm bir dövrünü təşkil edir. Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub”.
“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, ölkə həyatında müşahidə olunan reallıqlar 2021-ci ilin dövlət büdcəsinin formalaşmasına təsir göstərməyə bilməzdi: “Bu, dövlət büdcəsində özünü əks etdirir. 2021-ci ilin dövlət büdcəsinin əsas prioritetləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏAzərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Kənd təsərrüfatı üçün 1,2 milyard AYRILACAQ
Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir
Bu ölkə “Lukoyl”un aktivlərini ALIR
Gələn il pensiyalar nə qədər artırıla bilər?
Azərbaycana uşaqlar üçün yeni vaksinlər gətiriləcək