Milli Məclisin payız sessiyasının işlər planı açıqlanıb

Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işlər planı müəyyənləşib.
Minval.info-nun əldə etdiyi məlumata görə, sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsinin davam etdirilməsi nəzərdə tutulur.
Bunlar “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Media haqqında”, “Turizm haqqında” və s. qanun layihələridir.
Parlamentin payız sessiyasının qanunvericilik işlər planına dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri də daxildir.
Bundan başqa, sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi