Milli Məclisin 3 komitəsinin səlahiyyəti artırılır
Milli Məclisin İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Ailə, qadın və uşaq komitəsinin səlahiyyəti artırılır.
Modern.az-ın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik təklif olunur.
Belə ki, qanuna edilən əlavə ilə parlamentin İnsan hüquqları komitəsi Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.
Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək.
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik parlamentin dekabrın 18-də keçiriləcək iclasında I oxunuşda müzakirə ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi