Milli Məclisdə "patı" təhlükəsi ilə bağlı məsələ qaldırılıb

“Azərbaycanda ucuz, hər kəs üçün əl çatan olduğu üçün daha təhlükəli olan narkotik vasitələrin yayılması narahatlıq doğurur. Bu gün gənclər arasında şüşə, yaxud “patı” deyilən maddənin istifadəsi adiləşib”.
“Minval.info”un xəbər veri ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Mən dövlət strukturlarını qınamaq istəmirəm, əllərindən gələni edirlər, lakin, məsələ köklü həll edilməlidir. Sirr deyil, bu zəhər Azərbaycana ən çox hardan gəlir, biz hər dəfə cinayətkarları tuturuq, məsuliyyətə cəlb edirik, sonra ekstradisiya olunur, ordan da açıb buraxırlar azadlığa. Bax bu qədər cinayətkar necə olur öz sərhəddini rahat keçə bilir? Niyə bir dəfə biri öz ölkəsinin sərhəddini keçərkən, Azərbaycana narkotik maddə gətirməyə cəhd etdiyinə görə saxlamır?
Bütün bunlar deməyə əsas verir ki, bu problemi elə özümüz həll edə bilərik, kimdənsə mədət gözləməyə dəyməz. Düzdür, cəzanı sərtləşdirmək həmişə effekt vermir, amma biz digər tədbirlər fonunda cinayət qanunvericiliyindəki 234-cü maddəni, habelə, narkotik vasitələrin istehlakına təhrik etməyə görə sanksiyaları çox ciddi formada sərtləşdirilməliyik ki, Azərbaycan narkotik alverçisi, narkotik təminatçısı olan istənilən əcnəbi yaxud vətəndaş üçün qorxulu bir hüquqi zonaya çevrilsin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!