Milli Məclisdə büdcə müzakirələri başladı - Baş Nazir parlamentə gəldi
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. İclasda Baş Nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir. Spiker Oqtay Əsədov dedi ki, bu gün ulu öndər Heydər Əliyevin 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyanın qəbul olunduğu gündür. Sədr bu münasibətlə hər kəsi təbrik etdi, uğurlar arzuladı.
O.Əsədov bildirdi ki, iclasın gündəliyində 11 məsələ var. Qeyd edək ki, iclasda Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan layihələr müzakirəyə çıxarılacaq. Ümumiyyətlə isə noyabrın 12-si, 13-ü və 14-də keçiriləcək plenar iclaslarda “2020-ci il dövlət büdcəsi haqqında”, “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, həmçinin Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.
İclas davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"