"Milli komanda haqda onu deyə bilərəm ki..." - Rəşad Əzizli
“Keşlə” klubuna yenicə transfer olunmuş 25 yaşlı təcrübəli qapıçı Rəşad Əzizli minval.info-ya müsahibə verib.
Əməkdaşımızın futbolçu ilə söhbətini təqdim edirik:
– Rəşad səni hansı məqamlar cəlb etdi ki, “Keşlə” klubuna transfer oldun?
– “Keşlə” klubuna keçməkdə əsas səbəb, dəyərli məşqçi Tərlan Əhmədov oldu. O insanı tanımağım və mənə inanıb, dəvət etməyi oldu. Bundan başqa Tərlan müəllimlə əvvəllər də işləmişəm, onun rəhbərliyi altında gözəl günlərimiz keçib. İndi də burada olmağıma onunla birgə çalışacağıma görə çox şadam.
– Sən bu komandaya 1 nömrə və əsas qapıçı kimi transfer olunmusan. Bunun da əsas səbəbi sənin “Neftçi”dəki parlaq çıxışın olub. “Sumqayıt” isə hər oyun əsas heyətdə meydana çıxmırdın. Bəs bu komandada əvvəlki Rəşadı görə biləcəyikmi ?
– Öncədən demək kimi çıxmasın, amma əvvəlkindən daha çox məşq edəcəyəm. Səhvlərimin üzərində işləyəcək və çatışmazlığı maksimum aradan qaldırmağa çalışacağam ki, əvvəlkidən də yaxşı Rəşadı meydanda görəsiniz.
– Qarşıdakı mövsüm əsas məqsəd nədir?
– Bu mövsüm var güclə çalışmaq, komanda şəklində əzmli olub, turnir cədvəlində yüksək pillələrdə olmaq. Sonda mükafatçılar sırasına düşüb, Avroliqada mübarizə aparmaq.
– Zədə problemi yoxdur?
– Şükür Allaha, yaxşıyam, zədə problemi yoxdur. Özümü qarşıdakı mövsümə hazır hesab edirəm.
– Milli komanda son oyunlar bərbad çıxış edir. Sən də millinin ehtiyyat da olan futbolçususan. Bu haqda nə deyə bilərsən?
– Milli komanda haqda onu deyə bilərəm ki, hər şeyin öz vaxtı var, zamanında düzələr, inşallah.
Ağa Dadaşzadə / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Fənərbağça" azarkeşləri Putinə dəstək şüarı səsləndirdi, tənqid olundu
Dünya Çempionatını qazana biməyən 10 əfsanə futbolçu - FOTOLAR
Ronaldo hansı baş məşqçini istədiyini dedi
Mariya Stadnikdən erməni müğənninin Bakıya gəlişinə sərt reaksiya - FOTO
"Real"da dava düşdü: "Pulumu verin, gedirəm"
“Poz-Qazan” biletlərində eyni gündə 3 böyük uduş QAZANILDI!
İspaniyada tarixi gün: Messi ilin ilk "El Klassiko"suna çıxacaqmı?