Mikayıl Cabbarov xəbərdarlıq etdi
Vergi islahatlarının həyata keçirilməsində xüsusi diqqət verdiyimiz məqamlardan biri də iqtisadi fəallığın təşviq edilməsidir.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayı 44 608 təşkil edib: “Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb.
O cümlədən, Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin sayında 32, 9 faiz artım olub ki, bu da say etibarilə 5941 ƏDV ödəyicisi edir. Obyektlərin sayına gəldikdə isə 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir”.
M.Cabbarov qeyd edib ki, ölkədə pul kütləsi artıb: “Ancaq nağdlaşdırılan vəsaitin həcmi 4,2% azalıb. Sadəcə vergilərin hesablanması ilə ödənilməsi arasında müddət olduğuna görə rəqəmlər belə görünə bilər ki, bu məbləğ artır. Əslində isə bu məbləğ azalıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi