Mikayıl Cabbarov: “Dövlət pandemiyanın əhaliyə təsirini azaldıb”
“Bu il koronavirus (COVID-19) pandemiyası ilə mübarizə və qlobal dəyər zəncirinin pozulması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib”.
“Report” xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci il üçün dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, karantin rejiminin tətbiqi istehlak bazarında 7,8% azalma ilə nəticələnib.
“Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala qeyri neft-qaz sektoru üzrə investisiya qoyuluşu 11 % azalıb, neft-qaz sektoru üzrə isə 7,8 % artıb”, – deyə o, əlavə edib.
Nazir həmçinin bildirib ki, 11 ay ərzində əhalinin gəlirləri inflyasiya nəzərə alınmaqla 4 % azalıb: “Dövlətin gördüyü tədbirlər nəticəsində pandemiyanın əhaliyə təsiri azalıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi