Mikayıl Cabbarov 3 nəfəri işdən qovdu - Rüşvət alarkən tutulublar
Vergilər naziri Mikayıl Cabbarov daha 2 nəfər vergi orqanı əməkdaşını işdən azad edib.
“Minval.info” Ölkə.az-a istinadən xəbər verir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları – Nurlan Verdiyev və Cavid (soyadı xəbər agentliyinə məlum deyil – müəllif) Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən rüşvət alarkən saxlanılıblar.
Sözügedən şəxslər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən ifşa olunublar.
Hazırda saxlanılan şəxslər barəsində müvafiq araşdırmalar aparılır.
Qeyd edək ki, rüşvət alarkən saxlanılan Nurlan Verdiyevin atası Mübariz Verdiyev isə bu ilin yanvar ayında Vergilər Nazirliyi yanında Milli gəlirlər Departamentinin şöbə rəhbəri vəzifəsindən azad olunub.
***
“Virtualaz.org” xəbər verir ki, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin əməkdaşları olmuş Nurlan Hüseynzadə, Cavid İsgəndərov və Emin Rəsulov Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərindən, özlərini Vergilər Nazirliyinin əməkdaşları adı ilə təqdim edərək rüşvət alarkən saxlanılıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"