MİDA sakinlərinə liftlərdə təhlükəsizlik zəmanəti!
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC, yaşayış komplekslərində liftlərin təmiri, ehtiyat hissələri ilə təmin edilməsi və servis xidmətlərinin göstərilməsi məqsədilə satınalma elan edib. Bu layihənin ehtimal olunan dəyəri 1 milyon 170 min 427 manat 32 qəpik təşkil edir.
Minval.info xəbər verir ki, layihə çərçivəsində 545 liftə texniki xidmət göstərilməsi planlaşdırılır. Bu xidmətlər zamanı liftlərin idarəetmə stansiyaları və giriş qurğuları yoxlanılacaq, elektrik məftilləri və kontaktların vəziyyətinə nəzarət ediləcək. Həmçinin, əyləc sistemlərinə texniki baxış keçiriləcək, onların təmizlənməsi və sazlanması həyata keçiriləcək.
Görüləcək işlər nəticəsində liftlərin texniki vəziyyətinin yaxşılaşdırılması, nasazlıqların vaxtında aşkarlanaraq aradan qaldırılması və sakinlərin daha təhlükəsiz və fasiləsiz lift xidmətindən istifadə etməsi gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Övladlığa götürənlərə aylıq 600 manat dəstək!
Dövlət avtomobilləri 500 manatdan satışda!
Neftin qiyməti 90 dolları keçdi!
Azərlotereyada cekpot 2 milyon manatı keçdi
Müəllimlərin maaşında 35 faiz artım şansı!
Ağstafada şəhid ailələrinə yeni mənzillər veriləcək
Bərgüşadçay su anbarı üçün 130 milyonluq layihə