05.09.2026 - 08:25
Ölkə 5 baxış

MİDA evləri mənzil bazarını ucuzlaşdırmayacaq!

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən satışa çıxarılan mənzillərin növbəti mərhələsi sentyabrın 4-də saat 11:00-dan etibarən başlayıb. Bu mənzillər xüsusi kateqoriyaya aid şəxslərə təqdim olunur və onlarla müqavilələr bağlanarkən müvafiq qaydalar barədə məlumat verilir.

Minval.info xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı MİDA xətti ilə inşa olunan mənzillərin bazara təsiri barədə açıqlama verib. O qeyd edib ki, bu mənzillərin qısa müddət ərzində yenidən satışa çıxarılması qanunvericiliklə məhdudlaşdırılır. Gələcəkdə MİDA tərəfindən Bakı və regionlarda yeni mənzillərin satışı planlaşdırılır. Lakin bu mənzilləri alan şəxslər sonrakı mərhələdə, yəni təkrar bazarda satışa çıxararkən qiymətləri bazar şərtlərinə uyğun təyin edəcəklər.

Ekspertin fikrincə, MİDA-nın təqdim etdiyi ucuz evlər konsepsiyası fonunda ümumi mənzil bazarında qiymətlərin ucuzlaşmasını gözləmək real deyil.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: