Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
ATV telekanalının ən iri və ən iddialı layihələrindən biri olan “Kəlmə-kəlməyə” meyxana şousu efir həyatına start verib.
Minval.info xəbər verir ki, layihənin ilk buraxılışı böyük maraqla qarşılanıb. 16 tanınmış meyxana ustadı hər biri müxtəlif mərhələlərdə söz duellərinə çıxaraq öz məharətini nümayiş etdirəcəyi layihədə rəqiblər bəlli olub:
Vüqar Şiriyev – Ataş Turabov, Vüqar İmamcanov – Şəhriyar Hacıyev, Nəsimi Allahverdiyev -Kamran Quliyev, Pərviz Həşimov – Tərlan Xəlilov, Kərim Kərimli – Teymur Əliyev, Rəşad Həkimi – Cəlil Əliyev, Aydın Hüseynov – Fariz Zeynalov, Elxan Lətifov – Valeh Musayev
İştirakçılara səsvermə m10 platforması üzərindən həyata keçirilir.
Aparıcılığını şoumen Elcan Rəsulovun etdiyi layihənin şərhçiləri “De gəlsin” layihəsinin ilk aparıcısı Emin Əfəndi, meyxana ustadı Mehman Əhmədlidir.
Qeyd edək ki, layihə hər şənbə günü saat 22:00-da ATV-də yayımlanacaq.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər