20.10.2018 - 20:30
İdman
1 baxış
Meyvezer Həbiblə döyüşdən nə qədər qazanacaq?

Sonuncu dəfə 2017-ci ilin avqustunda Konor Makqreqorladöyüşən və rəqibini 10-cu raundda məğlub edən Floyd Meyvezer2019-cu ildə yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla döşüəcək. Dağıstanlı döyüşçü amerikalı həmkarını rinqə dəvət edib və ondan müsbət cavab alıb.
Qaynarinfo xəbər verir ki, Floyd Meyvezer bu döyüşdən qazanacağı məbləği açıqlayıb. Boksçu bildirib ki, bu döyüşdən 110-200 milyon dollar aralığında gəlir götürəcək.
Qeyd edək ki, Həbib Nurməhəmmədov Floyd Meyvezeri bu sözlərlə döyüşə çağırmışdı: “Haydı, Floyd! İndi döyüşməliyik. 50:0-a qarşılıq 27:0. İkimiz də heç uduzmamışıq. Ancaq meşədə yalnız bir kral var. Əlbətdə kral mənəm. Çünki sən Makqreqoru nakauta sala bilməmisən, amma mən bunu asanlıqla bacardım”.

Floyd Meyvezerin cavabı isə belə olub: “Mənə meydan oxudu. Bu halda mənim dünyama gəlməlidi. Bir müsahibəsində mənim Makqreqoru nakauta sala bilmədiyimi deyirmiş. Yaxşı Həbib, demək ki, mənim artıqlarımla döyüşürsən. İndi döyüşəcəyik. Mən hər zaman özümün şefiyəm. Həbibin nə düşündüyünü bilmirəm, amma mən hazıram”.

Qeyd edək ki, keçirdiyi 50 döyüşün heç birində uduzmayan Floyd Meyvezer Makeqreqorla döyüşdən 150, rəqibi isə 100 milyon dollar qazanmışdı.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
UEFA Ronaldunun qırmızı vərəqəsi ilə bağlı qərar verdi - VİDEO
28.09.2018 - 10:17
Messi Ronaldinyo üçün 4 milyon avro ayırdı - Vəkil tutdu
10.03.2020 - 16:12
Neymar “Barselona”ya qayıda bilər
12.08.2019 - 21:34
Qurbanovdan istefa ilə bağlı açıqlama: "Üzərimdən böyük yük qalxdı, rahatam"
08.12.2018 - 14:48
İtaliyadan ardıcıl 8-ci qələbə - Video
16.10.2019 - 09:27
“Adidas” “Real”la 1 milyardlıq müqavilə bağlayır
13.04.2019 - 16:16
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı - Foto
02.08.2020 - 11:52
AVRO-2020: Növbəti tur başlayır
05.09.2019 - 08:38