Meyiti ermənilərdə qalan şəhidimizin anası kömək istəyir
Zaqatala rayonunun Muğanlı kəndində yaşayan şəhid anası Rəsulova Əsbət Mustafa qızı panorama.az saytına müraciət edib.
Minval.İnfo xəbər verir ki, oğlu Qarabağ döyüşlərində şəhid olan rayon sakini aidiyyatı qurumlardan kömək istəyir:
“Oğlum Akif Rəsulov Milli Qəhrəman Ramiz Qənbərovun “Könüllülər batalyonu”nda döyüşürdü. 1992-ci ildə Şuşa uğrunda döyüşərək şəhid oldu. Meyiti də ermənilərdə qaldı. Oğlumun qəbrinə də həsrət qaldıq. Hazırda özüm yataq xəstəsiyəm, yaşayış durumumuz acınacaqlıdır. 8 nəfər ailə üzvümüz balaca 1 otaqda yaşayırıq. Bir neçə yerə müraciət etsək də, nəticəsiz qalıb. Vəziyyət o dərəcəyə çatıb ki, saxladığımız heyvanları satıb ev tikdirməyə başladıq. Amma yarımçıq qaldı. Aidiyyatı qurumlardan bizə yardım etmələrini xahiş edirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib