Metroya tibbi maskasız giriş qadağan olunacaq
“Bakı Metropoliteninin yenidən fəaliyyətə başlaması zamanı sərnişinlərin təhlükəsizliyi ilə bağlı Tədbirlər Planı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq hazırlanacaq”.
Bunu APA-ya açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, müxtəlif variantlar üzrə müvafiq tədbirlər görüləcək: “Metropoliten qoyulan şərtlər üzrə fəaliyyət göstərəcək. Bildiyimiz odur ki, Operativ Qərargah tərəfindən hazırlanan metodiki göstərişə əsasən, sosial məsafənin qorunması öz qüvvəsində qalacaq, metroya tibbi maskasız giriş qadağan olunacaq”.
B. Məmmədov əlavə edib ki, metodiki göstərişlərdəki digər bəndlər üzrə işlər indiyə qədər aparılıb və bundan sonra da davam etdiriləcək: “Sərnişinlərin təhlükəsizliyinə dair bütün mümkün variantlar nəzərdən keçirilir. Əsas nüanslardan biri metronun iş qrafiki ilə bağlıdır. Adi iş rejimi üçün metronun hərəkət qrafiki hazırdır. Digər şərlər olarsa, ən qısa zamanda həmin şərtlərə uyğun da qrafik hazırlanaraq tətbiq olunacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi