Metroya daxil olan bəzi şəxslər koronavirusa görə yoxlanılır
“Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur. Ancaq aktiv koronavirus xəstəsi olması ilə bağlı şübhə doğuran şəxslər yoxlanılır”.
“Minval.info” xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, yoxlama nəticəsində bəzi vətəndaşlar metroya buraxılmır. “Aktiv koronavirus xəstəsi olduğu şübhəsi doğuran şəxslərin hərarəti ölçülür və yalnız sağlamlığında COVID-lə bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır. Digər hallarda metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir”.
Qeyd edək ki, bu gündən etibarən Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb. Polis vətəndaşlardan COVID pasportunun olub-olmadığını soruşur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vilayət Eyvazovdan daha bir - TƏYİNAT
"Deputat torpağımızı zorla əlimizdən alıb" - VİDEO
Peşə hazırlığına cəlb olunan şəxslərə təqaüd veriləcək
Bakıdan Qəbələyə sürət qatarı çəkiləcək
Bakı metrosunda ər arvadını bıçaqladı
Bakıda məşhur şirkət müştərini ələ saldı - FOTOFAKT