Metronun bu stansiyasına gedənlərin nəzərinə

“Bakmil” stansiyasında məhdudiyyət sabahdan müvəqqəti tətbiq olunmayacaq.
“Bakı Metropoliteni” QSC-dən Minval.İnfo-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar “Bakmil” stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında (saat 8:20-dən 17:00-a qədər) qoyulmuş məhdudiyyət oktyabr ayının 30-dan müvəqqəti olaraq tətbiq edilməyəcək.
Qeyd olunub ki, təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Bu səbəbdən sərnişinlərimizin təhlükəsizliyin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq, stansiyanın fəaliyyəti qarşıdakı günlərdə adi qaydada təmin ediləcək. Sərnişinlər “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.
Məhdudiyyət bərpa olunarkən, ictimaiyyətə əvvəlcədən geniş məlumat veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!