"Metroda sosial məsafəni qorumaq üçün qaydalar olacaq"
“Operativ Qərargahın qərarı ilə 31 mart tarixindən etibarən Bakı Metropolitenin fəaliyyəti dayandırılıb. Bakı metrosunun fəaliyyəti dayandırılana qədər- 2020-ci ilin fevral ayından etibarən daima zəruri maarifləndirici məlumatlar sərnişinlərə çatdırılıb”.
Minval.info xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov deyib.
Z.Hüseynov qeyd edib ki, Bakı Metropolitenində daimi olaraq dezinfeksiya işləri aparılıb.
Sədr sabahdan etibarən metrodan istifadə edəcək hər bir sərnişinin maska taxmasının məcburi olduğunu, SMS və xüsusi icazəsi olan şəxslərin yalnız metrodan istifadə edə biləcəyini qeyd edib.
Z.Hüseynov qatarlardan sosial məsələnin saxlanması üçün oturacaqlara və metro divarlarına məlumat lövhələri vuralacağını bildirib: “Qaydalar olacaq və sərnişinlər də buna əməl etməlidir”.
İ.Muradov
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO