Metroda intihara cəhd edən gənclə bağlı yeni təfərrüat – FOTO-VİDEO
“Bakı Metropoliten”inin “İnşaatçılar” stansiyasında özünü relslərin üstünə atan şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.
Minval.İnfo xəbər verir ki, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan “İnşaatçılar” metrostansiyasında özünü relslərin üstünə ataraq “Elmlər Akademiyası” istiqamətinə qaçmaq istəyərkən saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, T. Ələsgərov indiyədək bir neçə dəfə intihara cəhd edib. Sonuncu belə hadisə yanvarın 20-də yaşanıb. Belə ki, Tamerlan Ələsgərov həmin gün özünü Xırdalan şəhərində doqquz mərtəbəli binalardan birinin damından atmağa cəhd göstərib.
Yaxınlarının dediyinə görə, T.Ələsgərov bu yolla yaşadığı kənddə ona məxsus torpaq sahəsinin zəbt olunmasına etiraz edib.
Onların sözlərinə görə, T. Ələsgərov etiraz olaraq bundan sonra yenidən intihara cəhd etmək istəyib.
Qeyd edək ki, bu gün bir sıra KİV-də Tamerlan Ələsgərovla bağlı həqiqətə uyğun olmayan məlumat yayılıb. Məlumatda iddia olunur ki, T. Ələsgərovun özünü relsin üstünə atmasına səbəb populyar olmaq istəyidir. Yəni gənc diqqət çəkmək istəyib. (oxu.az)


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib