Meteoritin içindən çıxan mavi kristal Günəş sisteminin tarixini işıqlandırdı

Alimlər Günəşin 4.6 milyard il əvvəl yaranmasından bir müddət sonra necə bir struktura sahib olduğuna dair məlumatlar əldə edə biləcəkləri minerallar kəşf ediblər.
“Ölkə.Az” xəbər verir ki, tapılan bir meteoritin içindən çıxan mavi rəngli hibonit kristalları sayəsində Günəşin yarandıqdan sonra necə bir struktura sahib olduğu və Günəş sistemindəki ilk mineralların necə yarandığı məlum olub.
Mavi kristal 4.5 milyard il yaşı olan meteoritin içindən çıxıb. Kristalın tərkibi Günəşin bir neçə milyon il yüksək enerjili laxta püskürdüyünü ortaya çıxarıb.
Məlum olub ki, Günəş bu dövrdə son dərəcə aktiv olub və çoxsaylı partlayış və püskürmələr baş verib. Alimlərin hesablamalarına əsasən, yeni yaranan Günəşin ətrafı toz və qazdan ibarət qalın bir disk ilə əhatələnib. Diskin içində tempratur 1500 dərəcə olub. Disk soyuyanda isə Günəş sistemində ilk minerallar yaranmağa başlayıb və mavi hibonit kristal da ilk yaranan minerallardan biridir.
Kristalların yaranması davam etdiyi dövrdə Günəş yenə də enerji püskürüb və yüksək sürətli protonlar hibonit mineralların içindəki kalsium və alüminium atomları ilə toqquşub. Bu toqquşmalar nəticəsində daha kiçik neon və helium atomları yaranıb. Bu atomlar da kristalların içində zaman kapsulu kimi donaraq milyardlarla il qalıb.
Kristalın içindəki bu atomlar son dərəcə həssas lazerlər vasitəsilə ortaya çıxarılıb. Lazer mavi kristalı əridib və içindəkiləri analiz edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransa məhkəməsi hicablı qadının lehinə qərar verdi
Bu qadının 45 sm beli var
Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir
Əlcəzair prezidenti Əbdüləziz Buteflika istefa verib
Ruhani Avropaya son şans verdi