Messi və Ronaldo ardıcıl iki mövsüm eyni uğursuzluqla üzləşib
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldu və Fransa PSJ-nin oyunçusu Lionel Messi Çempionlar Liqasında ardıcıl ikinci mövsüm mübarizəni 1/8 final mərhələsində dayandırıb.
“Report”un məlumatına görə, “qırmışı şeytanlar” iki görüşün nəticəsinə əsasən İspaniyanın “Atletiko” (Madrid) komandasına 1:2 (1:1, 0:1) hesabı ilə yenilib. Parislilər isə İspaniyanın digər təmsilçisi “Real Madrid”ə uduzub – 2:3 (1:0, 1:3).
Ötən mövsüm Messi İspaniya “Barselona”sının heyətində məhz PSJ-yə, Ronaldu isə İtaliya “Yuventus”u ilə birlikdə Portuqaliya “Portu”suna məğlub olub.
Daha əvvəl isə onlar sonuncu dəfə 2004/2005 mövsümündə 1/4 finala vəsiqə qazana bilməyiblər.
Bundan əlavə, Ronaldu 16 ildən sonra klub mövsümünü kuboksuz bitirə bilər. “Mançester Yunayted” bütün kubok yarışlarında mübarizəni dayandırıb. Komanda Premyer Liqada 29 matçdan sonra 50 xal toplayıb və lider “Mançester Siti”dən 20 xal geridədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı