Messi, Ronaldo və van Deyk - Onlardan biri ilin ən yaxşısı olacaq
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) “The Best FIFA Football Awards” çərçivəsində “İlin ən yaxşı oyunçusu” adına namizədləri təqdim edib.
Qurumun saytında azarkeşlər üçün səsvermə elan olunub.
Kişi idmançılar arasında ən yaxşı oyunçu adı “Liverpul”un hollandiyalı müdafiəçisi Vircil van Deyk, “Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo, “Barselona” klubunun hücumçusu Lionel Messi arasında seçiləcək.
Qeyd edək ki, K.Ronaldo iki dəfə bu mükafata layiq görülüb. 34 yaşlı portuqaliyalı ardıcıl olaraq dördüncü ildir ki, namizədlər üçlüyünə düşür.
Qalibin adı sentyabrın 23-də açıqlanacaq.
Tədbir Milanda, “San Siro” stadionda keçiriləcək.
Ötən ilin ən yaxşısı Xorvatiya yığmasının və “Real” (Madrid) komandasının yarımmüdafiəçisi Luka Modriç olub.
oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı