Messi məmurları tənqid etdiyi üçün cəzalandırıldı
Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL) Argentina yığmasının forvardı Lionel Messinin 3 ay müddətinə diskvalifikasiya olunması haqqında qərar verib.
RBC xəbər verir ki, futbolçunun cəza müddəti noyabrın 3-də başa çatacaq. Bu isə Messinin milli komandanın Çili, Meksika və Almaniyaya qarşı keçirəcəyi yoldaşlıq görüşlərini buraxmalı olacağı deməkdir.
Diskvalifikasiya ilə yanaşı, Messi, həmçinin 50 min dollar məbləğində cərimə ödəməlidir.
Xatırladaq ki, CONMEBOL-a səbəb Messinin Braziliyada keçirilən Amerika Kuboku oyunları zamanı Cənubi Amerika məmurlarını tənqid etməsi olub. Argentinalı oyunçu məmurları ev sahibi olan komandanın qalib gəlməsi üçün əllərindən gələni etməkdə ittiham edib. Messinin fikrincə, çempionatda hakimlər Argentina millisinə qarşı qərəzli olublar. Sözlərinə dəlil kimi isə, o, Serhio Aquero və Nokolas Otamendiyə qarşı olan qayda pozuntusuna görə iki penaltinin təyin edilməməsini gətirib. (oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi