Meriyanın yeni qurumunun hansı işlər görəcəyi məlum oldu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, bu qurum paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacaq. Onun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.
Cəmiyyətin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib. Bu cür qurum bir çox ölkələrdə bu və ya digər formada mövcuddur.
Qərara uyğun olaraq “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu
Bakıda sığınacaqlar ayrıldı: yemək, yataq... - Nazirlik
Azərbaycanda yol polisləri arasında QANLI DAVA
Sabah hava necə olacaq?
Müharibədən öncə oğurluqda təqsirləndirilən qazi həbs edilib
Çovdarovun “podelnik”i azadlığa çıxır