Məktəb bufetlərində təhlükəsizlik: AQTA-dan xəbərdarlıq
Yeni tədris ilinin başlanmasına az qalmış məktəb bufetləri və yeməkxanaların vəziyyəti ilə bağlı görülən işlər açıqlanıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cari il ərzində bir sıra ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilib.
Minval.info xəbər verir ki, bu monitorinqlər zamanı məktəblərin qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qidalanma prosesinin təşkili, təqdim olunan məhsulların təhlükəsizlik və keyfiyyət göstəricilərinə uyğunluğu qiymətləndirilib. Həmçinin, satışına qanunvericiliklə yol verilməyən və yararlılıq müddəti bitmiş məhsulların şagirdlərə təklif olunması halları da yoxlanılıb.
AQTA-dan bildirilib ki, aşkar edilən uyğunsuzluqların aradan qaldırılması üçün məsul şəxslərə icrası məcburi göstərişlər verilib. Tələblərə cavab verməyən məhsullar isə dərhal satışdan kənarlaşdırılıb. Qurumdan verilən məlumata görə, yeni tədris ilində də ümumi təhsil müəssisələrində qida təhlükəsizliyinin təmin olunması məqsədilə monitorinqlər davam etdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib