Mehriban Əliyevanın verdiyi ev şəhid ailəsinə təqdim olundu - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə bağışladığı mənzilin açarı onun oğluna təqdim olunub.
Mənzilin açarları bu gün polkovnik-leytenant Tahir Axundova verilib.
Qeyd edək ki, Sənan Axundovun ailəsinə məxsus ev əllərindən alınıb. Bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan evə görə 100 min manat pul istənilib.
Məlumata görə, S.Axundov şəhid olmamışdan bir neçə il əvvəl “Kamran” MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran” MMC-nin işçiləri barəsində cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar alıb.
Məhkəmə proseslərindən biri Sənan Axundov sağ olanda baş tutub. Qərar Axundovlar ailəsinin lehinə olub. Lakin Ali Məhkəmə Şərurlu İsfəndiyarı müdafiə edib və şəhid ailəsini evsiz qoyub.
Məsələnin ictimailəşməsindən sonra Mehriban Əliyeva Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə ev bağışlayıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır