Mehriban Əliyeva paralimpiyaçıları təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançıları təbrik edib.
“MİNVAL.İNFO” xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı “İnstagram” hesabında etdiyi paylaşımda deyilir:
“Bizim idmançılarımızı – qızıl medal sahibləri Şəhanə Hacıyeva, Vüqar Şirinli, Saleh Raman, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimlini, bürünc medal sahibləri Pərvin Məmmədov və Namiq Abaslını parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirərək, siz Azərbaycanı “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdiniz. Əldə etdiyiniz yüksək nəticələr sizin bacarığınızın, əla səviyyədə hazırlığınızın, məqsədyönlülüyünüzün və iradənizin əyani sübutudur. Sizin hər birinizə və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər diləyir və ən xoş arzularımı çatdırıram”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gürcüstanlı deputatlar Azərbaycana gələcək
Prezident dünən baş verən qəza ilə bağlı sərəncam verdi
İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək
Ərdoğan: "Zəfər Gününüzdə sizinlə bərabər olmaqdan bəxtiyar oluruq"