Mehriban Əliyeva Bəhram Bağırzadə ilə görüşdü - Tağıyevin heykəli üçün ərazi seçildi
Minval.info// Xəbər verdiyimiz kimi, bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə dostluq və səmimi mühitdə görüşü baş tutub.
Rəssamlar və Kinematoqrafçılar İttifaqının, Fotoqraflar Birliyi və Karikaturaçılar Cəmiyyətinin üzvü, əfsanəvi “Parni iz Baku” KVN komandasının üzvü, yazıçı, aktyor və rejissor Bəhram Bağırzadə görüşdə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə Bakıda heykəl ucaldılması xahişi ilə çıxış edib.
B.Bağırzadə Publika.az-a verdiyi açıqlamada bildirib ki, təxminən yarım saat əvvəl Azərbaycanın birinci viste-prezidenti Mehriban Əliyeva ilə görüşüb və irəli sürdüyü təklifin müzakirəsi baş tutub:
“Bir qədər əvvəl ölkənin birinci xanımı və birinci viste-prezidenti Mehriban Əliyeva ilə görüşdük. Məsələ çox tez həll olundu. Heydər Əliyev Fondunda qəbulda oldum və məni dinlədilər. Artıq təklifin həyata keçirilməsi üçün iş başlayıb.
Hacı Zeynalabdin Tağıyevin heykəli üçün beş ərazi seçilib və Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilib. Heykəlin hansı ərazidə ucaldılacağı hələ bəlli deyil, çünki komissiyadan hələ keçməyib. Həmçinin heykəltəraşlar arasında müsabiqə elan olunacaq.
Bu anı çoxdan gözləyirdim. Demək ki, hər bir işin öz vaxtı var, Allah məhz bu günlərdə istədi ki, bu məsələ reallaşsın.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Görüş çox səmimi keçdi və bir çox aktual mövzular müzakirə edildi. Cənab prezident bildirdi ki, belə görüşlər davamlı olacaq. Nəinki mədəniyyət və incəsənət insanları, onun gələcəkdə alimlər, memarlar və sair sənət adamları ilə də görüşü olacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər