Mehriban Əliyeva 12 yaşlı Leylaya kömək etdi - Video
Bir müddət öncə 12 yaşlı Leyla Nəsibova məhkəmə qərarı əsasında ailəsi ilə birlikdə evdən çıxarılmamasına kömək edilməsi üçün sosial şəbəkə vasitəsilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.
Minval.info azvision.az-a istinadən xəbər verir ki, birinci vitse-prezident onun bu müraciətinə cavab verib. Belə ki, ilkin mərhələdə ona köməklik göstərilib, balaca Leyla və ailəsi evdən çıxarılmayıblar. Bununla bağlı Leyla Nəsibova Birinci vitse-prezident Mehriban Əliyevaya göstərdiyi köməkilklə bağlı daha bir video yayaraq ölkənin birinci xanımına göstərdiyi dəstəyə görə, təşəkkür edib.
12 yaşlı Leyla Nəsibova həmçinin bildirib ki, video müraciətdən sonra Heydər Əliyev Fondunun təsis etdiyi “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri onunla görüşüb və ailəsinin problemləri ilə yaxından maraqlanıblar.
https://youtu.be/QQpJfxj_I6E
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada yeni sərhəd sistemi təxirə salındı
Balqabaq mövsümü başladı: Qiymət və faydaları açıqlanır
Chandra altı qalaktikada 84 sirli obyekt aşkarladı
Adil Əliyev: "Bar verməyən ağaca daş atan olmur
Vergi xidmətinin təcrübəli əməkdaşı dünyasını dəyişdi
Süni intellekt hansı peşələri yox edəcək?
Şəkidə faciə: "rolik" iki can aldı