Mehman Hüseynovun seçkilərdə namizədliyi qeydə alındı (FOTO)
Bloger: “MSK, hazırlaşın, başınızın bəlası gəlir” deyir
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri, bloger Mehman Hüseynovun bələdiyyə seçkilərində iştirakı üçün namizədliyi qeydə alınıb.
Minval.info xəbər verir ki, o, bu haqda sosial şəbəkədəki statusunda bildirib: “Söz vermişdim axı, İnqilab Qaraçuxurdan başlayacaq, söz vermişdim axı, tənbəl, rüşvətxor, xalqa xidmət etməyən, vətəndaşları incidən məmurları özüm şəxsən yola salacam. Hazırlaşın, sizin qara günləriniz başlayır. Çox sağ ol Azərbaycan xalqı, çox sağ ol Qaraçuxur, Yeni Günəşli əhli, sizin dəstəyiniz, birliyiniz ilkin bəhrəsini verdi.
ƏLAQƏLİ
Aqil məlikov ürək əməliyyatından sonra ilk dəfə danışdı: "Həyatım yenidən başladı
Mən bu gündən rəsmən Bələdiyyə seçkilərinə namizədəm. Təsdiq olundu. Seçkilər tarixində belə maraqlı, kreativ, pozitiv seçki kampaniyası olmayıb, olmayacaq da. MSK, başınızın bəlası gəlir, özü də necə gəlir e. Möhtəşəm olacaq, çox möhtəşəm. Hazırlaşın, ay camaat.
Bir neçə gündən sonra təbliğata başlayacağıq. Komandamıza qoşulmaq istəyənlər, diqqətli olun! Bu yaxınlarda sizə xəbər veriləcək. Xeyirli, uğurlu olsun Azərbaycan”.
ƏLAQƏLİ
Yanvar, May və Sentyabrda doğulanların sirli dünyası: Xarakterlərindəki gizli məqamlar
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avstriya və İtaliya arasında yeni tunel layihəsi tamamlanır
Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı abidəsi tamamlandı
İmamverdi İsmayılovun 'Labirint' əsəri: bədii təxəyyülün gücü
Xırdalanda sakinlər tikinti şirkətindən narazıdır
