McDonald's Nizami Mall-da yeni restoran açdı
“McDonald’s Azərbaycan” Nizami metro stansiyasının yaxınlığında, Salatın Əsgərova küçəsində yerləşən “Nizami Mall” ticarət mərkəzində yeni restoranını istifadəyə verib.
Restoran “Nizami Mall”-un birinci mərtəbəsində yerləşir və küçədən ayrıca girişə malikdir. Burada 176 oturacaq yeri mövcuddur. İnteryer müasir minimalizmi, lakonik formaları və təbii materialları birləşdirən qlobal “RAY” dizayn konsepsiyası əsasında hazırlanıb.
Minval.info xəbər verir ki, restoranda geniş çeşiddə qəhvə və desertlər təqdim edən “McCafé” fəaliyyət göstərir. Həmçinin, səhər yeməyi menyusu da mövcuddur. Qonaqlar sifarişlərini özünəxidmət köşkləri vasitəsilə verə və ya sifarişlərin masaya çatdırılması xidmətindən yararlana bilərlər. Uşaqlı qonaqlar üçün “PlayPlace” oyun zonası nəzərdə tutulub. “McDelivery” çatdırılma xidməti də mövcuddur.
Açılış mərasimində “McDonald’s Azərbaycan”ın baş direktoru Oskar Boqopolskiy, “Azera Holding”in direktoru Akif Əliyev və “Nizami Mall”un direktoru Tural Əliyev iştirak ediblər.
Yeni restoranın açılması ilə 100-dən çox iş yeri yaradılıb. Hazırda “McDonald’s Azərbaycan” ölkənin 3200-dən çox vətəndaşını işlə təmin edir. Şirkət 26 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir və restoran şəbəkəsini genişləndirməyə, eləcə də yerli bizneslə əməkdaşlığı inkişaf etdirməyə davam edir.
Şirkətin tərəfdaşları arasında təchizat və logistika, informasiya texnologiyaları, işə qəbul, marketinq və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox yerli şirkət var. “McDonald’s” şəbəkəsinin inkişafı həm birbaşa, həm də yerli təchizatçı və tərəfdaşlarda yeni iş yerlərinin yaradılmasına töhfə verir, əlaqəli sahələrdə əlavə iqtisadi fəallıq formalaşdırır və şirkətin ölkənin qeyri-neft sektorunun inkişafına töhfəsini artırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib