Mayor Ziya Kazımov ev dustaqlığına buraxıldı
Baş Prokurorluq Vətən Müharibəsi iştirakçısı Ziya Kazımovun həbsi ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən “Minval.info”ya bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində Vətən Müharibəsi iştirakçısı Ziya Kazımovun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi barədə düzgün olmayan məlumatlar yayılıb.
Bununla əlaqədar bildirilir ki, cinayət işinin istintaqı zamanı toplanmış kifayət qədər mötəbər sübutlarla Ziya Kazımov tərəfindən konkret epizodlar üzrə cinayət törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona qarşı müvafiq ittiham irəli sürülərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müdafiəçisinin vəsatəti əsasında bu gün Bakı hərbi məhkəməsi tərəfindən Ziya Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.
Ziya Kazımov Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıqlar (sol ayaq, sağ və sol əl barmaqlarında) alaraq şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılıb hospitala təxliyə edilib.
Mayor Z.Kazımov 09 noyabr 2020-ci il tarixində hospitala qəbul olunduğu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.
Qeyd edək ki, mayor Ziya Kazımov Hadruta ilk daxil olan komandirlərdən biri olub. O, həmçinin, Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini mühafizəsini təmin edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu