Mayda 190 manatı belə alacaqsız
“Prosesin gedişatına uyğun olaraq, may ayının 10-dan sonra birdəfəlik ödəmələrin (190 manat) ikinci ayının ödənişlərinin həyata keçirilməsi gözlənilir”.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Qafqazinfo”ya açıqlamasında deyib. O bildirib ki, birinci ayın ödənişlərini almış şəxslərin adına bank hesabı açılaraq 190 manatlıq məbləğ bank kartlarına köçürüləcək:
“Artıq nazirlik tərəfindən banklara həmin vətəndaşlar üçün hesabların açılmasına dair sifariş olunub. Bu, vətəndaşlardan ödəniş tələb olunmadan həyata keçiriləcək. Banklar vətəndaşlar üçün bank hesabları açıb kartı əldə etdikdən sonra hər bir vətəndaşa məlumat göndərəcək və onları müvafiq bank filialına dəvət edəcək. Vətəndaş bank kartını götürəcək və o karta ikinci ayın ödənişi ediləcək”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır