Masazırda sakinlərin elektrik kabusu: "zülmlə aldığımız avadanlıqlar kül oldu!
Masazır qəsəbəsində Xurşidbanu Natavan küçəsində avqustun 2-si səhər saatlarında elektrik gərginliyinin 420 volta yüksəlməsi nəticəsində 15 həyət evində müxtəlif məişət avadanlıqları sıradan çıxıb.
Minval.info xəbər verir ki, sakinlər hadisədən sonra əraziyə baxış keçirilsə də, dəymiş zərərin qarşılanmayacağı bildirilib. “Qabyuyan maşın, mikrodalğalı soba, televizor yanıb. Bütün qonşularda vəziyyət belədir”, – deyə sakinlərdən biri bildirib.
“Mən bunları güclə, kreditlə almışam. Burada 15 həyət evi var. 15 evin hamısında bir şey yanıb. İndi bizim günahımız nədir? Heç nəyi düzəldə bilmirik. Bizim bir xahişimiz var, gəlib bir əlac etsinlər”, – başqa bir sakin deyib.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, əraziyə baxış keçirilib və sözügedən küçədə heç bir qəza halı qeydə alınmayıb. “Vətəndaşın avadanlıqlarındakı nasazlıq mənzilin daxilində yaranan problemdən qaynaqlanıb. Bununla belə, vətəndaşa yerində texniki köməklik göstərilib və problem aradan qaldırılıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib