Masazırda sakinlərdən çoxmərtəbəli tikiliyə etiraz!
Abşeron rayonunun Masazır kəndində, Niyazi küçəsində sakinlər çoxmərtəbəli binanın tikintisindən narazıdırlar. Əvvəlcə üçmərtəbəli bina inşa ediləcəyi bildirilsə də, tikilinin mərtəbələrinin sayı sonradan artırılıb.
Minval.info xəbər verir ki, hazırda binanın altı mərtəbəsi inşa olunub və bu, sakinlər arasında narahatlıq yaradıb. Onlar tikilinin həyət evlərinə çox yaxın olmasından və ərazidə yolun dağıldığını, kanalizasiya xəttinin zədələndiyini, həmçinin əvvəllər ərazidə olan ağacların kəsildiyini iddia edirlər.
Tikinti aparan şirkətin mövqeyi öyrənilməyə çalışılsa da, özünü təqdim etməyən əməkdaş tikintinin hansı şirkətə aid olduğu barədə məlumat verməyib və tikintiyə icazə verən sənədlərin olub-olmaması barədə sualı cavabsız qoyub. Həmin şəxs şikayətçilərlə danışıldığını və onlara təzminat ödəniləcəyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avqust ayı pensiyaları tam ödənildi!
Rusiyada azərbaycanlı diaspor liderinə qadağa qoyuldu
Bakıda abort sonrası faciə: 20 yaşlı qadın öldü
Anar Nəcəfli yeni departamentə rəhbər təyin edildi
Bakıda gedişhaqqı sisteminə yeni təkliflər
Dövlət Məşğulluq Agentliyi 160 min iş yeri yaratdı
Valideynlərə məktəbli forması seçimi azadlığı verildi