Masazırda 3 yaşlı uşaq 6-cı mərtəbədən YIXILDI - VİDEO
3 yaşlı uşaq binanın 6-cı mərtəbəsindən yıxılıb. Hadisə ötən axşam saatlarında baş verib. Ağır vəziyyətdə xəstəxanaya aparılan uşaq xoşbəxtlikdən sağ qalıb.
Valideyn məsuliyyətsizliyi az qalsın ki, uşağın canı bahasına başa gələcəkdi.
Minval.İnfo xezerxeber.az-a istinadən bildirir ki, 6 -cı mərtəbədən yığılan 3 yaşlı uşaq ağır xəsarət alıb.
Hadisə Abşeron rayon Masazır qəsəbəsində baş verib. 2014-cü il təvəllüdlü Ağayev Əlmurad Nicat oğlu yaşadığı binanın 6-cı mərtəbəsindan yerə yıxılıb.
Azyaşlı otla örtülü torpaq qatının üzərinə düşdüyündən sağ qalıb. Ağır xəsarət alan azyaşlı əvvəlcə 1 saylı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti orta-ağır olduğundan sonradan özəl klinikalardan birinə köçürülüb.
Xəstəxanadan verilən məlumata görə, uşağın vəziyyəti orta-ağır olaraq qalır. Hazırda onun müalicəsi davam edir.
Məlumata görə, uşağın anası onu yatan halda evdə qoyaraq mağazaya gedib. Evə qayıdarkən isə ağır mənzərənin şahidi olub. Bu fakt bir daha onu göstərir ki, bu cür azyaşlıları nəzarətsiz qoymaq olmaz. Əks halda faciə qaçılmaz ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib