Martın 19-da Bakıda bu yollar bağlı olacaq — XƏBƏRDARLIQ

Bunu Minval.İnfo-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O qeyd edib ki, martın 19-da səhər saatlarından Bakı-Ələt magistralının 14-cü kilometrliyindən, “20-ci sahə” dairəsindən, Bayıl qəsəbəsindən, Bayraq Meydanı ətrafından, “Dalğa Plaza” inzibati binasının yanından paytaxtın Azneft dairəsi, Dənizkənarı Milli Park boyunca Neftçilər prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulmaqla istiqamətlər dəyişdiriləcək: “Bu tədbirlərin məqsədi Novruz bayramı şənliklərinə qatılan insanların təhlükəsizliyini və onların intensiv hərəkətini təmin etməkdir. Ona görə də Neftçilər prospektinə gedən, kəsişən küçələrdə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bundan başqa, şənliyin keçirildiyi ərazilərdə avtomobillərin park edilməsi qadağan olunacaq. Nəqliyyat vasitələrini yalnız “Azadlıq” meydanının altındakı dayanacaqda park etmək olar”.
V.Əsədov deyib ki, şənliklərə qatılmaq istəyən vətəndaşlara ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur.
Onun sözlərinə görə, martın 19-u saat 13:00-da məhdudiyyət aradan qaldırılacaq və həmin küçələrdə nəqliyyatın hərəkəti bərpa olunacaq.
Qeyd edək ki, həmin gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qız Qalasından start götürəcək bayram tədbiri Dənizkənarı Milli Park boyunca davam edəcək və Muzey Mərkəzinin qarşısında başa çatacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib